Ötən axşam Daşkəsən rayon sakini Elgün Abbasova qətlə yetirilib.

Öldürülən qıza görə iki nəfər cinayəti üzərinə götürüb.

Belə ki, iyunun 3-ü axşam saatlarında rayonun Əhmədli kənd sakini Elşad Abbasov polisə zəng edərək qızı Elgün Abbasovanı öldürdüyünü bildirib. Lakin bundan yarım saat sonra onun oğlu Elvin Abbasov da 102-yə zəng edərək bacısını özünün öldürdüyünü deyib.

İlkin məlumata görə, Elgün Abbasovanı qardaşı Elvin Abbasov odun parçası ilə başından vuraraq öldürüb. Hazırda E.Abbasov saxlanılıb və araşdırma davam edir.

Məlumat görə, E.Abbasov bacısını qısqanclıq zəminində öldürüb. Buna görə də ilk olaraq atası cinayəti öz üzərinə götürmək istəyib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

İstinadlar Qafqazinfo