Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, yaralılardan birinə yerindəcə yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***

Bu gün saat 11:30-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 4-ü kişi, 8-i qadındır.

***

Saat 13:00-a qədər hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 10-u kişi, 12-si qadındır. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo