
Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, yaralılardan birinə yerindəcə yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
***
Bu gün saat 11:30-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 4-ü kişi, 8-i qadındır.
***
Saat 13:00-a qədər hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 10-u kişi, 12-si qadındır. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
***
Saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 13-ü kişi, 14-ü qadındır. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
***
Saat 18:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 19-u qadın, 20-si kişidir. Yaralılardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
Gülnar Əliyeva