“Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi işğal dövründə bir gün də dayandırılmayıb”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, 30 il ərzində işğalçılar Qarabağdakı çaylarımızı çirkləndirib:

“Onlar unikal fauna və floranı, tarixi abidələri, məhv ediblər. Qarabağın işğalda olan hər bir rayonu üzrə proqnozları verərkən biz ümidimizi kəsmirdik. Əmin idik ki, o gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və proqnozlarımızdan bizim vətəndaşlar istifadə edəcək. Bu xoşbəxt günü bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz yaşatdı və torpaqlarımız qayıtdı”.

U. Tağıyeva Qarabağ bölgəsi üçün verilən hava proqnozlarımızdan bizim hərbçilərimiz və oranı bərpa edən mütəxəssislərimizin faydalanmasının qürurverici olduğunu söyləyib:

“Gələcəkdə də hidrometeoroloji məlumatlar dirçələn Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin səmərəli planlaşdırılmasına xidmət göstərəcək”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo