Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 2-3-də Stokholm şəhərində keçiriləcək 28-ci iclasında iştirak edəcək.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

İclas zamanı təşkilatın hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahələr üzrə perspektivləri, ATƏT məkanında mövcud olan münaqişələrin həllinə dəstək məsələsi, həmçinin Qarabağdakı vəziyyət müzakirə olunacaq.

İstinadlar Report