Kosovanın Daxili İşlər Nazirliyi casusluq ittihamı ilə saxlanılan rusiyalı jurnalist Daria Aslamovanı ölkədən qovub.

Bu barədə daxili işlər naziri Celal Şveçliya feysbuk hesabında yazıb.

“Daxili işlər naziri kimi, qanuni səlahiyyətlərim çərçivəsində Darya Aslamovanı Kosova Respublikasında arzuolunmaz şəxs elan etmişəm. Onun Kosova ərazisinə girişi 5 il müddətinə qadağandır.

Müəyyən məqsədlər və ya direktivlər üçün ölkəmizdə pozuculuğa çalışan və ya sabitliyi pozmağa cəhd edən hər kəs, şübhəsiz ki, Kosovo Respublikasının qanunlarının qüvvəsi ilə üzləşəcək”, – nazir vurğulayıb.

Qeyd edək ki, Aslamova iki gün əvvəl casusluq etdiyi üçün saxlanılıb. O, Rusiyanın “Komsomolskaya Pravda” qəzetində çalışır.

Kosova tərəfi bildirib ki, Aslamova Rusiya kəşfiyyatına işləyir. Jurnalist Serbiya ilə münaqişənin kəskinləşməsindən bir həftə sonra Kosovaya daxil olmağa cəhd edib.

İstinadlar Report