Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapılıb.

Məlumata görə, o, ikinci Qarabağ müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatıb.

Bu gün Qarabağda digər itkinlərin axtarışı aparılmayıb. Qeyd edək ki, ikinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.

İstinadlar Report