“Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini etnik təmizləmə adlandırmağa heç bir əsas yoxdur”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala açıqlamasında deyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bəyan etmişdi ki, ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron və digər Qərb ölkələrinin rəhbərləri Qarabağda “etnik təmizləmə”yə dözürlər.