Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.

2000-ci il təvəllüdlü hərbi qulluqçu Frunzik Tamazyan Ağdərədə yerləşən xəstəxanada ürəyinin dayanması səbəbindən dünyasını dəyişib.

İlkin məlumata görə, əsgər xəstəxanaya kəskin ürək çatışmazlığı diaqnozu ilə ağır vəziyyətdə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin detallarını aydınlaşdırmaq üçün araşdırma aparılıb.

İstinadlar Qafqazinfo