Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sakinlər arasında iqtisadi fəal əhalinin 86 %-nin məşğulluğu təmin edilib.
Bu barədə qurumun, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq” MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan “Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə icrasına dair tədbirdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindən bəhs edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstək paketinin bir istiqaməti kimi nazirlik 25,3 mindən çox şəxsin məşğulluğuna dəstək göstərib, onlardan 12,2 min şəxs özünüməşğulluq proqramına, 1054 nəfər peşə hazırlığına cəlb edilib, digərləri münasib işlə təmin olunub. Özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatlar qurulub.
“Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmi qeyd edilib. KOBİA-nın təşkil etdiyi təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb.