Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası martın 1-də videogörüş formatında olacaq.
Bu barədə İşçi Qrupun üçüncü iclasının nəticəsinə görə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib.
“Tərəflər 1 mart 2021-ci ildə İşçi Qrupun videokonfrans rejimində növbəti iclasını keçirməyi razılaşdırdı”, – o deyib.