Qarabağ Universitetinin ilk tələbəsi məlum olub.

Bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov paylaşım edib.

Rektor bildirib ki, sözügedən universitetin ilk tələbəsi 654 balla hüquqşünaslıq ixtisasını seçən Əli Rüstəmzadədir.

Ə. Rüstəmzadə Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur.