Vətən müharibəsi könüllüləri Quba rayonuna qayıdıblar.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun giriş hissəsində İkinci Qarabağ müharibəsində könüllü iştirak edən hərbçilərin qarşılanma mərasimi keçirilib.

Hərbçilər sakinlər tərəfindən rayonun girişində və Quba şəhərində üçrəngli bayraqlar və şüarlarla, böyük coşqu və hərarətlə qarşılanıblar. Paşaoba kəndində hərbi avtomobil karvanının qarşısında qurbanlar kəsilib.

İstinadlar Report