
İndiyə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox hüquqi və fiziki şəxs ianə edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, ianə etmiş şəxslərin əksəriyyəti sahibkarlardır: “Bu da iş adamlarının sosial məsuliyyətinin göstəricisidir”.