“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Arsenal”ın baş məşqçisi Unai Emeri açıqlama verib.

Ispan mütəxəssis Premyer Liqanın 8-ci turunda səfərdə “Fulhem”ə qarşı keçirəcəkləri oyundan öncə “Qarabağ” a qarşı keçirdikləri matçla bağlı danışıb:

“Avropa Liqasında “Qarabağ”ın ciddi müqaviməti ilə üzləşdik. Onlar bizə 90 dəqiqə ərzində təzyiq etdilər. Oyunun gedişində topa nəzarəti itirdik ki, bu da yaxşıdır. Çünki komanda bizə lazım olan vaxtda əzab çəkməyi öyrətdi. Qələbə özümüzə inanmaq baxımından önəmlidir. Bu, bizə çətin oyunlarda qələbə qazanmağı aşılayır. Gedişatda nəzarəti əldən versək də, fərdi keyfiyyətlərimiz sayəsində öz oyunumuzu nümayiş etdirdik və lazım olan nəticəni qazandıq”.

Qeyd edək ki, “Arsenal” “Qarabağ”a 3-0 hesabı ilə qalib gəlib.

İstinadlar Qafqazinfo