Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiqi ilə bağlı qərarın müzakirə olunduğu bir zamanda dünya bazarında “qara qızıl”ın qiyməti cüzi düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,34 % ucuzlaşaraq 1 bareli 85,12 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,27 % düşüb və 1 bareli 77,73 ABŞ dolları təşkil edib.

Ekspertlər maksimum qiymət həddinin bir barel üçün 50-60 dollar arasında olacağını təxmin edirlər.

İstinadlar Report