“Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi”.

Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

“Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. “Neftçi” kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlarda ruhsuz oyunlar idi. Məşqçilərdə və futbolçularda ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. ƏFsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm”, – mütəxəssis əlavə edib.

O, jurnalistlərin suallarını cavablandırıb.

– Azarkeşlərlə nələr müzakirə olundu?

– Sırf mənimlə görüşməyə gəlmişdilər. Mənə dəstək olmuşdular. Yazıları görürlər, motivasiyamın düşdüyünü hiss edirlər, bilmirəm. Dedilər ki, şəhər olaraq yanındayıq. Nə olursa-olsun. Bunu hiss etmək hər məşqçiyə lazımdır.

– Cordan Rezabala Rəhimdən daha inamlı görünürdü. Rəhim oynamaq istəmir sanki…

– Rezabala çox yaxşı oynadı. Tək o yox, hamısı yaxşı performans göstərdi. Rəhimə də inamım sonsuzdur. Bu periodu da keçəcək. Rəhimin keyfiyyəti, bacarığı var. Onun minusu var, özünə də demişəm, öz ab-havasından çıxmağa çalışmır. Öz oynadığı futbolu üstün sayır. Rəhimi yola da gətirəcəyik, ona inanırıq. Ehtiyatda girməsi sırf Rəhim və Rövlan üçün atılan addım idi. Bəzi oyunçuların kənardan matça baxmağa ehtiyacı var. 

– Komanda bir xala görə razıdır, siz itirlən xallara görə narazı?

– Futbolçuların üzüntələrini görürəm. Bizdə fiziki baxımdan dizbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Hamısı optimal vəziyyətə gəlsin. Alan Dias bir ilə yaxındır futbol oynamır. 

– Ötən oyundan sonra demişdiz ki, “futbolçularda şişmə var”. Bugünkü nəticəni o işin üstünə düşdüyünüzə görə oldu, yoxsa sizin sırf motivasiyanız “Neftçi”yə qarşı idi?

– Bəziləri ilə ciddi danışdıq. Tresor Mossini əvəzediciyə göndərdik. Məqsəd ağıllarını yerinə oturtmaq idi. Bizə ən çox motivasiyanı verən azarkeş idi. “Neftçi”yə qarşı oyunda niyə motivasiyalı olmalı deyiləm? Hamımız olmalıyıq.

– “Neftçi” və “Sumqayıt”  bu mövsüm istəniləni vermir. Qarşıdakı dövrədə “Neftçi” və “Sumqayıt” görüşü möhtəşəm səviyyədə geri dönəcək?

– Epizodlarımız var idi. Ən azındanyarı faizinin qola çevirsəydik, rahat danışardım. Böyükhesablı qələbə qazana bilərdik. Amma uduzmaq da mümkün idi. Amma futbolçuların göstərdiyi ruhu gördüm, bəyəndim. Bizdə bu çatışmırdı. Biz bütün oyunlara köklənməkdir. 

– Növbəti matç “Qarabağ”a qarşıdır. Sizin planlarınızda hansısa dəyişiklik ola bilər?

– Heç nə gözləməyəcəyik. Uduzmağı da göz qabağına alıb bəzi şeylər etməliyik. Çünki axırı daha pis ola bilər. Əsas olan ruhumuzu qaytarmalıyıq. Bizi bu cür oyuna görə tanıyırlar. Biz çox “klass”la görünən komanda deyilik. Komandamız oyuna çıxanda oynamaq istəmir. İnsanlar bizi bu cür tənqid edirdi. Bu da haqlıdır. Qışa qədər komandanı yerinə oturtmalıyıq.

– “Neftçi” bir xal qazanaraq autsayderlər sırasından çıxdı. Autsayderlər qrupunda yer alan “Neftçi”yə qarşı oynamaq necə hiss idi?

– İki autsayder oynayırdı. “Neftçi” haqda danışa bilmərəm. İxtiyarımda deyil. Öz oyunumuzu qaytarmaq istəyirik. İki komanda da yaxşı günlərini yaşamır. Bizə uğurlar.

– Qara Qarayevlə danışıq aparmısız? “Sumqayıt”a lazımdır bu futbolçu?

– Qara Qarayev hər bir kluba lazımlı futbolçudur. Hər klubun öz isyasəti, işi var. O qərarlara qarışa bilmərik. Qara ilə danışmamışıq. Mənim komandamda olsa, çox sevinərəm.

– Samir Abasovla klub prezidenti arasında narazılıq var? 

– Xeyr.

İstinadlar Qafqazinfo