
Rusiyanın Müdafiə Nazirliyi “Tu-154” tipli təyyarənin Qara dəniz üzərində qəzaya uğraması ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb.
Hadisəyə ekipaj komandirinin yanlış hərəkətləri səbəb ola bilərdi.
“Araşdırmanın nəticələrinə görə müəyyən edilib ki, hadisəyə hava gəmisi komandirinin məkan səmtini (Relyef barədə məlumatlılıq) itirməsi səbəb ola bilər ki, bu da təyyarənin idarəetmə orqanları ilə səhv davranmasına gətirib çıxarıb”, – deyə idarə qeyd edir.
Qəza nəticəsində təyyarədə olan 92 nəfərin hamısı ölüb.