
Ukraynanın işğal altındakı Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına hücum nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov “Amerikanın Səsi”nin Ukrayna xidmətinə müsahibəsində bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəisi söyləyib ki, Sevastopola hücum sonucunda Zaporojye istiqamətində Rusiya qüvvələrinin qrupunun komandanı general-polkovnik Aleksandr Romançukun durumu çox ağırdır.
Həmçinin qərargah rəisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Sahil Qoşunlarının 200-cü motoatıcı briqadasının komandiri general-leytenant Oleq Sekov huşsuz vəziyyətdədir.
“Qərargahın əməkdaşı olmayan yaralı sıravi hərbçilərin sayı hələ də müəyyənləşdirilir. Bunlar hərbi qulluqçu, mühafizə və s.”, – kəşfiyyat rəisi diqqətə çatdırıb.