Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları dəfn edilib. 

2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Bərdədə keçirilən vida mərasimindən sonra torpağa tapşırılıb.

Əsgər İmanov Əli Tariyel oğlu isə Sabirabadın Muğan Gəncəli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.


İstinadlar Qafqazinfo