Qanunsuz ov edənlər saxlanıldı

Astarada qanunsuz ov edənlər saxlanıldı. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İ.Rufullayev və S.Rüstəmov, bir nəfər isə Lənkəran sakini S.İsmayılov saxlanılıb.

Onlardan müvafiq sənədləri olmayan İj-58 markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.  

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

İstinadlar Qafqazinfo

Qanunsuz ov edənlər saxlanıldı

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Zülfəli Abbasov və Habil Cəfərov saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli ov tüfəngləri, 3 ədəd patron və 8 ədəd çöl quşu götürülüb. Z. Abbasov və H. Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib. 

Rəşad Türkoğlu

 

İstinadlar Qafqazinfo

Qanunsuz ov edənlər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Ağdam rayon Üçoğlan kəndi ərazisində qanunsuz ov etmək istəyən rayon sakinləri Eyvaz Nayıbov və Rafayıl Piriyev saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan “İj-16” və “İj-12” markalı ov tüfəngləri götürülüb. 

Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha bir qanunsuz ovun qarşısı alınıb. Rayon sakini Elçin Heydərov Əfətli kəndi ərazisində qanunsuz ov edərkən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

İstinadlar Qafqazinfo