Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatları təhvil verilib.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, bununla mərkəzə verilən dərmanların sayı 38-ə çatıb.

Dərman preparatlarının təminatı “Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” (Tədbirlər Proqramı) çərçivəsində həyata keçirilir.

Tədbirlər Proqramına dair dərman vasitələrinin təminatı Agentlik tərəfindən keçirilmiş açıq tenderlərin nəticələrinə uyğun olaraq həyata keçirilib.