Yaponiya millisinin və İtaliya “İnter”inin futbolçusu Türkiyənin “Qalatasaray” klubuna transfer olunub
32 yaşlı müdafiəçi “sarı-qırmızılar”a birdəfəlik satılıb. İstanbul təmsilçisi qışda icarəyə götürdüyü sol cinah oyunçusuna 2,5 milyon avro qarşılığında tam sahib olub. 2 illik müqaviləyə imza atan futbolçunun özünə hər mövsüm üçün 2 milyon avro ödəniləcək.
Qeyd edək ki, Yuto Naqatomo hazırda Yaponiya millisinin heyətində dünya çempionatında iştirak edir. O, ötən mövsüm “Qalatasaray”ın heyətində 15 oyuna çıxıb.
Azərbaycan24 sosial şəbəkələrdə