Türkiyənin Qalata qülləsi zəlzələyə qarşı gücləndirmə və çöl təmir işləri ilə əlaqədar fevralın 23-dən etibarən bir ay müddətinə ziyarətçilərin üzünə bağlı olacaq.

Bu haqda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb.

Müəyyən edilmiş detallara uyğun olaraq qüllənin xarici görünüşü də təmir olunacaq. Bərpa işləri zamanı qüllənin əsas divarlarındakı 400-ə yaxın köçəri quş yuvası zədələnməyəcək.

Bildirilib ki, qüllənin 8-ci mərtəbəsi 2023-cü ilin noyabr ayında dam örtüyünün təmiri ilə əlaqədar ziyarətçilərə bağlanıb.

İstinadlar Qafqazinfo