Qafqaz Müsəlmanları İdarəsi (QMİ) din xadimlərinə çağırış edib.

İdarədən verilən çağırışda deyilir:

“Son günlər “Dini etiqad azadlığı haqqında” Qanuna yeni dəyişikliklər ediləcəyi ilə bağlı yayılan müxtəlif fikir və şərhləri nəzərə alaraq aşağıdakıları bildiririk:

Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işləri son illər qanunvericilik müstəvisində gedən islahatların davamı olaraq qiymətləndiririk.

QMİ dindarları və din xadimlərini “Dini etiqad azadlığı haqqında” Qanuna nəzərdə tutulan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə Qanunun bütün müddəalarına birmənalı şəkildə əməl etməyə çağırır. Din xadimlərindən İdarənin mövqeyini nəzərə almaları, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verilməməsi xahiş olunur.

Dini mərkəz olaraq QMİ dövlətin müvafiq icra qurumu ilə birgə əməkdaşlıqda dövlətimizin dini-mənəvi sahədə siyasətinin həyata keçirilməsində hər zaman yaxından iştirak edir və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini işinə bundan sonra da öz töhfəsini verəcəkdir.

Din-dövlət münasibətlərinin yüksək səviyyəsinin qorunub saxlanılması vacibdir. Uca Allahın köməyi ilə, müstəqil dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xeyirlərə vəsilə olacağına, xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inanırıq.

Allah köməyiniz olsun!”.

Dini qurumlar ianələri kartla əldə edə biləcək

Dini mərkəz yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər – Fərman