Gəncədə Qafqaz İslam Ordusunun şəhidləri üçün ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.

“Qafqaz İslam Ordusunun qərargahı olan Gəncədə Şah Abbas Cümə məscidinin qapısı önündə Şəhidlər Abidəsinin açılışını edərək, bayraqlarımızı qaldırdıq. Şəhidlərin övladlarına velosiped hədiyyə etdik. Yaşasın Türkiyə-Azərbaycan dövlətləri və qardaşlığı”, – səfir qeyd edib.


İstinadlar Qafqazinfo