“İlk dəfə olaraq “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda din xadimi vəzifələri müəyyənləşdirilib. Bunlar imam, imam müavini və qadın dini ayinlərin icraçısıdır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O qeyd edib ki, burada qadın dini ayinlərin icraçısı dedikdə hansısa qadının imam kimi məscidlərdə namaz qıldırması nəzərdə tutulmur. “Bu, qadınlarla bağlı dini ayinlərin yerinə yetirilməsinə yönəlib. Burada imamın tapşırığına əsasən qadınlar üçün dini ayinlərin keçirilməsi və yas mərasimlərinin idarə olunması nəzərdə tutulur. Bu vəzifələr üçün dini təhsil şərtdir. Ya ali, ya da orta ixtisas dini təhsili olmalıdır. Bununla bağlı Müsahibə Komissiyası yaradılıb”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo