AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • ABŞ və Çin Bayden-Cinpin görüşünə hazırlığı müzakirə edir
  • İspaniya polisi balıqçı gəmisindən bir ton kokain ələ keçirib
  • Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum edib
  • Ermənilər Livandakı səfirliyimizə hücuma cəhd etdilər – Foto
  • İtkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyada tətildə olduğu məlum oldu
  • Türk dünyası Qənirə Paşayevadan yazdı
  • Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
  • Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
  • Siyəzəndə avtomobillər toqquşub, ölən və yaralananlar var
  • İspaniya polisi balıqçı gəmisindən bir ton kokain ələ keçirib
  • Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum edib
  • Ermənilər Livandakı səfirliyimizə hücuma cəhd etdilər – Foto
  • Türk dünyası Qənirə Paşayevadan yazdı
  • Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
  • TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”
  • Müdafiə Nazirliyi şəhidlərin siyahısını yenilədi
  • Elçin Əmirbəyov: “Separatçıların getməsi Qarabağ erməniləri üçün yeni imkanlar açır”
  • Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib
  • Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 9-a çatıb
  • BAEA Rəhbərlər Şurasına 11 yeni üzv daxil olub
  • Qənirə Paşayevanın vəfatı təsdiqləndi
  • Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – Siyahı
  • Prezident “Cahangirbəyli” SES-in açılışında iştirak etdi – Fotolar
  • Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirildi – Fotolar
  • Luka Skieppati: “2024-cü ildə TAP-ın infrastrukturu ilə bağlı boşluqların qiymətləndirilməsi aparılacaq”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Qadınla qələbə hardasa əkizdi…” – VİDEO
16/09/2023 11:47
Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
29/09/2023 00:29
“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”
27/09/2023 21:34
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video
27/09/2023 19:30
Kəmaləddin Heydərov Zəfər parkında – Video
27/09/2023 16:41
Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO
27/09/2023 15:21
Canım oğlum… – Videoreportaj
27/09/2023 15:14
Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video
27/09/2023 15:08
Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! – Video
27/09/2023 09:20
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib – VİDEO
27/09/2023 09:17
Belə başlamışdı… – Video
26/09/2023 22:41
Xocalıda daha bir silah-sursat anbarı aşkar edildi – VİDEO
26/09/2023 19:59
Xocalıda tərk edilmiş dayaq məntəqəsi – Video
26/09/2023 15:05
Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO
26/09/2023 09:44
“Bu qız bizim qızdır” – Video
25/09/2023 19:08
Kəlbəcərdə döyüş texnikası müsadirə edildi – Video
25/09/2023 17:22
Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər – Canlı – VİDEO
25/09/2023 16:44

Video xəbərlər

  • Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
  • “Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”
  • Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video
  • Kəmaləddin Heydərov Zəfər parkında – Video
  • Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

29/09/2023
03:14 ABŞ və Çin Bayden-Cinpin görüşünə hazırlığı müzakirə edir
02:50 İspaniya polisi balıqçı gəmisindən bir ton kokain ələ keçirib
02:35 Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum edib
01:49 Ermənilər Livandakı səfirliyimizə hücuma cəhd etdilər – Foto
01:47 İtkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyada tətildə olduğu məlum oldu
00:56 Türk dünyası Qənirə Paşayevadan yazdı
00:44 Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
00:29 Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
00:20 Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
00:05 Siyəzəndə avtomobillər toqquşub, ölən və yaralananlar var
28/09/2023
23:35 Sahibə Qafarova fransalı spikerə: “Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüquqa ziddir”
23:26 TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”
23:05 Qarabağda antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib
23:01 “Çox gənclər yetim qaldı” – Qəzənfər Paşayev
22:56 Sevənləri Heydər məscidinin önünə toplaşdı – Fotolar
22:56 Müdafiə Nazirliyi şəhidlərin siyahısını yenilədi
22:53 Elçin Əmirbəyov: “Separatçıların getməsi Qarabağ erməniləri üçün yeni imkanlar açır”
22:29 Türkiyənin Azərbaycandakı səfiri Qənirə Paşayevanın yaxınlarına başsağlığı verib
22:08 Xaçmazda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
22:05 Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib
22:02 Livan polisi Azərbaycan səfirliyi qarşısında ermənilərin etiraz aksiyasını dağıdıb
21:44 Kolumbiya Konqresində Azərbaycanla bağlı təqdimat çıxışı olub
21:35 BMT Baş Assambleyasının prezidenti: “Ermənistanı öhdəliklərini yerinə yetirməyə çağırıram”
21:20 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 9-a çatıb
21:14 Ağdamda birmərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var
21:02 “Bəlkə 50 yaşa çatmadım…”
20:56 BAEA Rəhbərlər Şurasına 11 yeni üzv daxil olub
20:47 İranda Müdafiə Nazirliyinin sənaye kompleksində partlayış olub
20:38 Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri ilə telefonla danışıb
20:32 Əli Əsədov Düşənbəyə işgüzar səfərə getdi
20:14 Qənirə Paşayevanın vəfatı təsdiqləndi
20:08 Lənkəranda azyaşlı intihar etdi
19:56 Növbəti toxum sərgi-satış yarmarkasının yeri açıqlanıb
19:49 Söyüdlü sakinlərinin müraciətlərinin çatdırılması üçün icma yaradılması təklif olunub
19:47 Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – Siyahı
19:44 Bakıda 21-ci Kosmik Nəsil Konqresi keçirilir – Fotolar
19:27 Prezident “Cahangirbəyli” SES-in açılışında iştirak etdi – Fotolar
19:05 Bu ölkədə 1950-ci ildən bəri ən isti payız yaşanır
18:47 Göygöldə yük maşını aşıb, xəsarət alanlar var
18:32 Azərbaycan “ACWA Power” ilə potensial layihələrin reallaşdırılması imkanlarını müzakirə edib
18:27 Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirildi – Fotolar
18:20 Luka Skieppati: “2024-cü ildə TAP-ın infrastrukturu ilə bağlı boşluqların qiymətləndirilməsi aparılacaq”
18:17 Muxtar Babayev: “Anglo Asian Mining”in fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi aparılacaq”
18:11 “İslahatçı Gənclər”lə Özbəkistan Gənclər İttifaqı arasında əməkdaşlıq sazişi imzalanıb
18:02 İqor Korotçenko: “Qarabağda yeni reallıq Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir”
17:55 NATO-nun Baş katibi: “Ukraynanın müharibəni dayandırmaq imkanı yoxdur”
17:54 Avropa İttifaqının ermənilərə görə Azərbaycana sanksiya tətbiqini ən çox istəyən və mane olan ölkələr məlum olub
17:53 Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib
17:50 Xankəndi sakini illər sonra öz torpağında yanğını söndürdü – Foto
17:35 Türkiyə Moldovaya sutkada 2 milyon kubmetr təbii qaz tədarük edəcək
17:29 Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək
17:25 Eks-məhkəmə sədrinin kürəkəni bəraət ala bilər
17:23 Türkiyə Təhlükəsizlik Şurasının iclası başlayıb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunur
17:14 Rusiya XİN Ermənistanı hədələyib
17:11 Metyu Brayza: “Separatçı rejim Qarabağdakı erməni sakinləri girov kimi istifadə edib”
17:05 “Rusiyanın Ermənistandan uzaqlaşması illərlə davam edən prosesin nəticəsidir” – RƏY
16:59 Türkiyənin sabiq XİN başçısı Prezident İlham Əliyevi təbrik edib
16:56 Prezident Zəngilan məscidində görülən işlərlə tanış oldu – Fotolar
16:44 Sosial şəbəkələrdə vətəndaşları “ucuz qiymətə mobil telefon” adı altında talayan şəxs saxlanılıb
16:41 İstanbulda mənzildə partlayış olub, ölən və yaralananlar var

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Qadınla qələbə hardasa əkizdi…” – VİDEO

Multimedia 16/09/2023 11:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın istedadlı şairi Qulu Ağsəs yeni yazdığı şeirini “Qafqazinfo”ya təqdim edib.

 Həmin şeiri oxucuların ixtiyarına veririk:

 

Bu beşgünlük dünyada 

ürəyimdən şənbə seyrinə çıxmaq keçdi, 

arzu dediyin 

can evində ən şuluq kirəkeşdi;

Bütün yanıq ciyərlərin 

qərarı qətidi: 

ən gözəl xətt – 

su xəttidi;

Bəlkə də xırda detaldı: 

viran evləri işğaldan 

uçuq daxmalar qutardı;

Qadınla qələbə hardasa əkizdi: 

yoxsa heç biri belə şəstlə 

sinəsin qabağa verməzdi;

…İlk sevgi şeirim 

mənə dostluq yollayıb instaqramda

(şəklin də çəkmişəm, telefonda durur),

görün nə yazır:

“ikini ikiyə vurarlar,

amma bir bir(in)ə

özü vurulur… “

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO

Multimedia 29/09/2023 00:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Erməniləri bataqlığa sürükləyən balıq beyinli xadimlər” adlı süjetdə Qərbi azərbaycanlılarla bağlı həqiqəti gizlətmək üçün hər cür yalanlar söyləyən Ermənistanın keçmiş ombudsmanı, “Tatoyan” adlı fondu direktoru Arman Tatoyanın böhtan xarakterli çıxışları ifşa olunur.

Bildirilir ki, bu “hüquq müdafiəçisi” Azərbaycana qarşı uydurma açıqlamaları ilə Ermənistan cəmiyyətini ələ salıb, onları çaş-baş vəziyyətə qoyur: “Belə uydurmalar ermənilərin reallığı görməsinə mane olur. Bu baxımdan tatotyanlar mənsub olduqları etnik qrupun əleyhinə fəaliyyət göstərmiş olurlar. Onlar belə fəaliyyəti və açıqlamları ilə erməni xalqının əsl düşmənləridir. Həqiqəti öz xalqından gizli saxlamaq ona xəyanətdir”.

Qeyd olunur ki, A.Tatoyan Qərbi Azərbaycan haqqında heç də uzaq olmayan tarixi faktları, real hadisələri danaraq guya Qərbi Azərbaycanı bir ərazi olaraq tanımaq, Qərbi azərbaycanlıları isə Ermənistan vətəndaşı kimi qəbul etmək istəmədiyini göstərməyə çalışır.

Oxumağa dəyər:   Azərbaycan XİN erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

Süjetdə Qərbi Azərbaycan türklərinin Ermənistandakı yurdlarından didərgin salınmasına dair xatırlatma verilir: “1948-1989-cu illərdə başa çatan “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində 600-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. 1948-1950-ci illərdə SSRİ Nazirlər Şurasının qətnaməsi ilə 100 min azərbaycanlı indiki Ermənistanı tərk etdi. 1988-1991-ci illərdə Azərbaycan Ermənistandan son 250 min qaçqın qəbul edib. Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin düşən azərbaycanlılar idi”.

Sonda vurğulanır ki, A.Tatoyan özünü balıq yaddaşlı göstərməklə qərbi azərbaycanlıların başına açdıqları faciəni, qətliamı ört-basdır etməyə çalışır: “Bu kateqoriyaya aid ermənilər türklərə, azərbaycanlılara pislik etmir, onlar belə yalan, uydurma, saxta çıxışları ilə öz etnoslarına, ermənilər düşmən kəsilirlər. Odur ki, ermənilərin düşməni türklər deyil, öz etnoslarından olan belə balıq yaddaşlı ictimai-siyasi xadimlərdir. Onlar bu dünyagörüşlə erməniləri firvana gələcəyə deyil, bataqlığa sürükləyirlər”.

Oxumağa dəyər:   BMTM: "Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir"

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 28-də saat 19:30-da “Baku TV”-də və yutub kanalında yayımlanıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”

Multimedia 27/09/2023 21:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan ordusu Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı mülki əhalini hədəf almayıb”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC”yə açıqlamasında deyib.

O, tədbirin sanki cərrahiyə əməliyyatı kimi icra olunduğunu və yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildiyini bildirib.

“Prosesin icra sürəti onu göstərir ki, bizim niyyətimiz əməliyyatı mümkün qədər tez başa çatdırmaq olub. Belə etməklə həm də qarşı tərəfə göstərdik ki, Azərbaycanın suveren ərazisində qanunsuz saxta dövlət strukturunun mövcudluğu davam edə bilməz” – Əmirbəyov bildirib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Multimedia 27/09/2023 19:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəmaləddin Heydərov Zəfər parkında – Video

Multimedia 27/09/2023 16:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Multimedia 27/09/2023 15:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Canım oğlum… – Videoreportaj

Multimedia 27/09/2023 15:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan xalqı öz qəhrəman övladlarını anır.

Bu münasibətlə şəhidlərin uyuduğu İkinci Fəxri xiyaban ziyarət olunur.

“Qafqazinfo” saytının əməkdaşları Pərvin Zeynal və Xəyal Vəlizadə xiyabanda ziyarətlər zamanı həssas görüntülər lentə alıb.

Videoreportajı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video

Multimedia 27/09/2023 15:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov İbrahim Yumaklını Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Fövqəladə hallar naziri xatırladıb ki, ölkələrimizin liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələr ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf edir.

Nazir diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin verdiyi siyasi-mənəvi dəstək, həmçinin 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, habelə bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik ölkələrimiz arasında münasibətlərin sıx və sarsılmaz olduğunun əyani sübutudur.

Oxumağa dəyər:   Orxan Məmmədov: "Azad rəqabətin olması iqtisadi səmərəliliyi yüksəldəcək"

K.Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu və əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib, ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən danışıb. Nazir iki qurum arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı qardaş ölkədə baş vermiş fövqəladə hadisələr, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycan tərəfindən göstərilmiş hərtərəfli dəstəyi xatırladıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

Görüşdən sonra türkiyəli nazir FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Oxumağa dəyər:   Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! – Video

Multimedia 27/09/2023 09:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi (MN) “Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!” videoçarx hazırlayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib – VİDEO

Multimedia 27/09/2023 09:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib.

“Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!” adlı videoçarxda 44 günlük Vətən müharibəsi döyüşlərini əks etdirən görüntülər yer alıb.

Videoçarxda Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri ilə bağlı kadrlar da əks olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Belə başlamışdı… – Video

Multimedia 26/09/2023 22:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlamasının üç ili tamam olur.

2020-ci ilin bugünkü tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Düşmənin yaşayış məntəqələrimizi də atəşə tutması nəticəsində mülki vətəndaşlarımız arasında ölən və yaralanan olub.

Bundan sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Tezliklə bir sıra ərazilərimiz işğaldan azad olunub.

44 günlük Vətən Müharibəsi sonda Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. Bununla da neçə-neçə igidimizin qanı hesabına 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağ torpaqları azad olunub.

Bundan başqa, bu ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Oxumağa dəyər:   DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı

Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı seperatçı rejim ağ bayraq qaldırıb.

Vətən Müharibəsi ilə bağlı hazırladığımız videonu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocalıda daha bir silah-sursat anbarı aşkar edildi – VİDEO

Multimedia 26/09/2023 19:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir. 

Bu Müdafiə Nazirliyindən bildirilib.

Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.

Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.

Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocalıda tərk edilmiş dayaq məntəqəsi – Video

Multimedia 26/09/2023 15:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntüləri yayılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO

Multimedia 26/09/2023 09:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.

Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Bu qız bizim qızdır” – Video

Multimedia 25/09/2023 19:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana rəsmi səfər edib. 

Naxçıvandakı rəsmi tədbirləri işıqlandıranlar arasında türkiyəli jurnalist Fulya Öztürk də var.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanım jurnalistlə qarşılaşan zaman təəccüblənib və ona “Fulya, haradan gəldin bura?” sualını verib.

Prezident İlham Əliyev isə bu zaman “Bu qız bizim qızdır” deyib.

Həmin anın videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəlbəcərdə döyüş texnikası müsadirə edildi – Video

Multimedia 25/09/2023 17:22
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.

Bu Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb”, – MN bəyan edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər – Canlı – VİDEO

Multimedia 25/09/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış edirlər.

Əvvəlcə Azərbaycan dövlət başçısı bəyanatla çıxış edir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 29/09/2023 00:29

Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO

Read more
Multimedia 27/09/2023 21:34

“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”

Read more
Multimedia 27/09/2023 19:30

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Read more
Multimedia 27/09/2023 16:41

Kəmaləddin Heydərov Zəfər parkında – Video

Read more
Multimedia 27/09/2023 15:21

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Read more
Multimedia 27/09/2023 15:14

Canım oğlum… – Videoreportaj

Read more
Multimedia 27/09/2023 15:08

Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video

Read more
Multimedia 27/09/2023 09:20

Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! – Video

Read more
Multimedia 27/09/2023 09:17

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib – VİDEO

Read more
Multimedia 26/09/2023 22:41

Belə başlamışdı… – Video

Read more
Multimedia 26/09/2023 19:59

Xocalıda daha bir silah-sursat anbarı aşkar edildi – VİDEO

Read more
Multimedia 26/09/2023 15:05

Xocalıda tərk edilmiş dayaq məntəqəsi – Video

Read more
Multimedia 26/09/2023 09:44

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO

Read more
Multimedia 25/09/2023 19:08

“Bu qız bizim qızdır” – Video

Read more
Multimedia 25/09/2023 17:22

Kəlbəcərdə döyüş texnikası müsadirə edildi – Video

Read more
Multimedia 25/09/2023 16:44

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər – Canlı – VİDEO

Read more
Multimedia 25/09/2023 14:35

Ərdoğan Naxçıvana çatdı – Canlı – VİDEO

Read more
Multimedia 25/09/2023 10:56

Heydər Əliyev bunu 28 il əvvəl demişdi… – Video

Read more
Multimedia 25/09/2023 10:53

Qarabağda ermənilərin mərmər zavodunun zirzəmisində gizlətdiyi silah-sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 24/09/2023 23:38

Qərbi Azərbaycan Xronikası: Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? – VİDEO

Read more
Multimedia 24/09/2023 16:20

Hərbi attaşelərin Şuşa şəhərinə səfəri təşkil edilib – VİDEO

Read more
Xəbər 24/09/2023 15:50

Zakir Həsənov yaralanan hərbçilərimizi ziyarət edib – VİDEO

Read more
Multimedia 24/09/2023 14:41

Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edildi – Video

Read more
Multimedia 24/09/2023 10:29

“Bunlar iki millət arasında ciddi fərqdir” – Ramiz Rövşən-Video

Read more
Xəbər 23/09/2023 23:41

Bakı Fərid Şəfiyevin Xankəndi ilə bağlı qalmaqallı fikirlərini təkzib etdi – Video

Read more
Multimedia 23/09/2023 22:47

Ordumuzun antiterror tədbirlərindən yeni görüntüləri – Video

Read more
Multimedia 23/09/2023 22:02

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim etdi – Video

Read more
Multimedia 23/09/2023 21:47

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır – Video

Read more
Multimedia 23/09/2023 08:44

Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO

Read more
Multimedia 22/09/2023 22:56

Qarabağdakı erməni sakinlərinə göndərilən yük Xankəndiyə çatıb və maşın geri dönüb – VİDEO

Read more
Multimedia 22/09/2023 19:26

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat – Video

Read more
Multimedia 22/09/2023 16:59

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO

Read more
Multimedia 22/09/2023 16:29

“Prezident bu gün üçün xalqı bir yumruğa çevirməyi bacardı” – Video

Read more
Multimedia 22/09/2023 15:05

Millət vəkili erməniləri belə susdurdu – Video

Read more
Multimedia 22/09/2023 08:23

Azərbaycan hərbçisi erməni əsgərin həyatını xilas etdi – Video

Read more
Multimedia 21/09/2023 23:26

BMT TŞ-nin Qarabağla bağlı müzakirələri başladı – Canlı – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla