Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə zamanı “VAZ 21 099” markalı avtomobildə yaranaq ölən şəxslər rayon sakinləri – 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdır.

Hadisə zamanı digər “VAZ 21 07” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan O. Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.

Tural Hüseynli


İstinadlar Qafqazinfo