Qadını maşın vurdu, xəstəxanada öldü

Gəncə şəhərində qadını avtomobil vuraraq öldürüb.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Belə ki, yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Bədəlova Sevda İbadulla qızını “VAZ-2107” markalı avtomobil vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

İstinadlar Qafqazinfo

Qadını maşın vurdu, xəstəxanada öldü

Gəncə şəhəri İmamzadə yolunda qadını avtomobil vuraraq öldürüb.

Hadisə bu gün səhər saatlarında baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobil təxminən 30-35 yaşlarında olan qadını vurub. Sürücü qadını xəstəxanaya aparsa da, onu xilas etmək mümkün olmayıb.

Hazırda qadının kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Elmar Əli

İstinadlar Qafqazinfo