Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 sürücüsü müəyyənləşib – VİDEO

Qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıtdı… – Video

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Öz doğma yurduna qayıdanlardan biri də Xəlilova Ruqiyyədir.
“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıdan yaşlı qadın 31 il sonra öz ata-baba yurduna qayıtmağın təəssüratlarını bölüşüb.
Laçının möhtəşəm gecə görüntüsü – Video

Xəbər verdiyimiz kimi, ötən gün azad olunandan sonra Laçın ilk sakinlərini qarşılayıb.
“Qafqazinfo” yenidənqurma-bərpa işlərinin aparıldığı Laçından yeni görüntüləri təqdim edir:
“Sıx yumruğun, ey qoca türk!” – Video

Azərbaycanda Müstəqillik Gününün qeyd olunduğu ərəfədə, Türkiyədə iki ölkə arasında olan dostluğun yenidən gündəmə gəldiyi məqamda Xalq artisti Nurəddin Mehdixanlı “Daim qalib gələcəksən” adlı şeiri səsləndirib.
Şeir ölkəmizin qazandığı şanlı qələbəyə, Azərbaycan-Türkiyə dostluğuna həsr olunub.
Şeir dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları altında təqdim edilib.
Həmin şeiri təqdim edirik:
Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib – VİDEO

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan qələbə çıxışı edib.
Ərdoğan Ankarada Prezident Külliyəsinin qarşısına toplaşan minlərlə seçicisinə təşəkkür edib.
“Mayın 14-də və 28-də həm daxildə, həm də xaricdə seçkilərə gedərək demokratiyamızın qüdrətini sübut etmiş hər bir vətəndaşa təşəkkür edirəm. Bu prosesdə ictimaiyyəti, partiya nümayəndələrini, seçki qutularının məsul işçilərini, müşahidəçiləri, polis əməkdaşlarını və seçkinin ən sağlam şəkildə keçirilməsi üçün çalışan hər kəsi təbrik edirəm.
Çoxpartiyalı siyasi həyatımızın ən mühüm seçkilərindən birində millətimiz Türkiyənin xeyrinə qərar verdi. Ancaq qalib olan yeganə biz deyilik, qalib Türkiyədir. Demokratiyamız qalib gəldi. Xatırlayırsınızsa, həmişə deyirdik ki, biz qalib gələndə ölkəmizdə heç kim uduzmayacaq”.
Ərdoğan bildirib ki, seçkilərdə məğlub olan çirkin ssenarilərin sahibləri, terror təşkilatlarıdır:
“İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, arzularımız ətrafında birləşməyin vaxtıdır. Biz bu çağırışı yalnız söz üçün deyil, bütün qəlbimizlə edirik. Türkiyənin gücünün 85 milyon insanın bir yerdə olmasından qaynaqlandığını bilirik.
Bu gün mərhum Menderesin canından keçdiyi demokratiya və inkişaf həmlələrimizin ən yüksək səviyyəyə çatdığı gündür. Mərhum Özalın son nəfəsinə qədər davam etdirdiyi böyük Türkiyə arzusunun başlanğıc günüdür. Rəhmətlik Ərbakandan mərhum Türkeşə qədər gedən mübarizələrin hədəfinə çatdığı gündür.
21 ildir ölkəmizə gətirdiyimiz işlərlə, millətimizə göstərdiyimiz xidmətlərlə Türkiyənin əsrin müjdəsini verən gündür. Bunu sizinlə etdik. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamısı təbriklərini çatdırdılar və görürük ki, sabah da bu təbriklər davam edəcək. Aylardır bizə qarşı qurulan ittifaqları görmüsünüz. Kimin kiminlə olduğunu, terror təşkilatlarına qarşı dayandığımızı gördünüz”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsinə gəlib.
“Report” xəbər verir ki, Ərdoğan tərəfdarları qarşısında hazırda qələbə çıxışı edir.
Onun sözlərinə görə, prezident seçkilərində hər hansı bir ciddi problem yaşanmayıb: “İstər 14 may, istərsə də 28 mayda seçkilərə gedən bütün vətəndaşlarımıza təşəkkür edirəm. Qazanan təkcə biz deyilik, qazanan bütün Türkiyədir. İndi milli məqsədlərimiz və milli arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır”.
Türkiyənin 13-cü Prezidenti seçilən Ərdoğan Ankarada meydana toplaşan minlərlə seçicisinə təşəkkür edib.
“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Bu zaman Laçın sakinləri Prezidentə olan sevgilərini dövlət başçısını öpüb qucaqlamaqla bildiriblər.
Sakinlərdən Elbrus Sadıqov isə Prezidentə “Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayıb öpüm. Şükür Allaha arzuma çatdım” deyə müraciət etməsi ilə diqqət çəkib.
Olduqca həssas anların yaşandığı görüşdən həmin görüntüləri təqdim edirik:
Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti olub – VİDEO

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının açılması davam edərkən Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub.
Türkiyə mediası prezident İ. Əliyevin təbrikini “Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayımlayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
İ. Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə inamı kimi qiymətləndirib və onun rəhbərliyi ilə Türkiyənin hərtərəfli inkişafının növbəti illərdə də davam edəcəyinə əmin olduğunu bildirib.
Ərdoğan sevincini mahnı ilə bildirdi – Video

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib.
O, çıxışı zamanı “Duyanlara Duymayanlara” mahnısını ifa edib. Dövlət başçısının ifası maraqla qarşılanıb.
Qeyd edək ki, Ərdoğan sözügedən mahnını bir neçə müraciətində oxuyub.
Ərdoğan xalqa müraciət edir – Canlı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda xalqa müraciət edir.
O, Kısıklıda böyük izdihamla qarşılanıb.
Məktəbdə siçana görə səsvermə dayandırıldı – Video

Hatayın İskəndərun rayonunda səsvermə zamanı sinif otağında peyda olan siçan seçiciləri və rəsmiləri təşvişə salıb.
Buna görə Fatih Sultan Mehmet İmam Hatip Liseyində seçicilər qorxulu anlar yaşayıb.
Belə ki, səsvermənin aparıldığı sinif otağında görünən siçan hər kəsi təşvişə salıb. Otaqda olan vətəndaşların bəziləri siçandan qorxaraq partaların üzərinə çıxarkən, digərləri siçanı zərərsizləşdirmək üçün hərəkətə keçib.
Siçana görə səsvermə bir müddət dayandırılıb. Siçan zərərsizləşdirildikdən sonra isə səsvermə presesi davam edib.
Həmin görüntüləri təqdim edirik:
Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub – VİDEO

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.
Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri də davam etdirilir.
Bulvarda batan gənc belə xilas edildi – Video

Gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.
Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar – VİDEO

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.
Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Narkoloji Dispanserdəki videogörüntülərlə bağlı açıqlama – Video+

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.
Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.
Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.
Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.
Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.
***
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır. Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.
***
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Narkoloji Mərkəzindən müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır. Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaq.
Ətraflı süjeti təqdim edirik:
Narkoloji Dispanserdə pulla arayış verilir? – Video

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.
Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.
Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.
Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.
Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.
Ətraflı süjeti təqdim edirik:
Narkoloji Dispanserdə testdən keçmədən 10 manata arayış verilir – VİDEO

Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.
Iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.
Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.
Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.
Ətraflı süjeti təqdim edirik:
AFAD nümayəndələrinin iştirakı ilə FHN-də təlim keçirilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-nin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə təşkil olunan təlimdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssisləri iştirak ediblər.
Əvvəlcə Nazirliyin inzibati binasında Türkiyədən olan ekspertlərlə birgə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək birgə tədbirlərlə bağlı bir sıra məsələlərə toxunulub.
Sonra Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda taktiki-xüsusi təlimə hazırlıqla bağlı tədbir keçirilib. Tədbirdə taktiki-xüsusi təlimin məqsəd və vəzifələri müzakirə olunub. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlim zamanı görülməsi vacib olan məsələlərdən danışıb, ekspertlərin bu təlimdə iştirakının əhəmiyyətini vurğulayıb. Türkiyəli mütəxəssislər – AFAD-in Axtarış və Xilasetmə idarəsinin rəisi Recep Şalçı, INSARAG qrup başqanı Tahsin Berkant Ataay, mentor Haluk Önay Erten, və logistika üzrə cavabdeh Süleyman Yıldız təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini veriblər. Türkiyəli mütəxəssislər bu ilin fevralında qardaş ölkədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardım məqsədilə Azərbaycandan gəlmiş qüvvələrin arasında FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin olmasını xüsusilə vurğulayaraq, göstərilən dəstəyə və köməyə görə təşəkkürlərini bildiriblər.
Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra təlimə start verilib. Müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyədən olan ekspertlər tərəfindən yaxından izlənilib.
Təlim çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD nümayəndələrinin təşkil etdiyi “INSARAG Məlumatlandırılması Kursu”nda da iştirak ediblər.
Sonda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan taktiki-xüsusi təlim geniş müzakirə olunub. İştirakçılara müvafiq sertifiklatlar təqdim olunub.
Həmçinin baxın
“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu
İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO
Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb – VİDEO
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib – VİDEO
Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 sürücüsü müəyyənləşib – VİDEO
MN: “Azad edilmiş ərazilərdə may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib” – VİDEO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sabirabadda əməliyyat keçirib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla