Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

DİN-dən verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.