Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinə əsasən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir.

Indiyədək 12 hədəf regionundan 300-ə yaxın qadın fermeri birləşdirən bu layihədə bağçılıq, arıçılıq, heyvandarlıq, quşçuluq, aqroturizm, qida təhlükəsizliyi, marketinq və satış üzrə təlimlər keçirilib, qadın fermerlər tərəfindən təqdim olunmuş 245 biznes plan təsdiqlənib.

Bununla yanaşı, kənd yerlərində qadınların məşğulluğu, start-up və sahibkarlıq üçün texniki dəstək sahələrində ən yaxşı təcrübələrlə tanış olmaq məqsədilə Türkiyəyə təlim səfəri təşkil edilib. 

Layihənin növbəti mərhələsində fermerlərə texniki dəstəyin göstərilməsi davam edəcək və bazarlara çıxışları daha da genişləndiriləcək.

 




İstinadlar Qafqazinfo