Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xatırladaq ki, bu gecə eyni zamanda Şəmkir rayonunun Ələsgərli kəndində evin yanması nəticəsində 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızı vəfat edib.