Bakıda mənzildə oğurluq qeydə alınıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki,  Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4800 ABŞ dolları (7 min 820) və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb. 

İstinadlar Qafqazinfo