Qadağanın son günündə Ələt postunda tıxac – Video

Sabahdan etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postların ləğv ediləcəyi səbəbindən Bakıya girişdə böyük tıxac yaranıb.
Həmin görüntüləri təqdim edirik:
İnkassator avtomobilindən milyonlarla avro aparıldı – VİDEO

Almaniyanın paytaxtı Berlində açıq narıncı rəngdə təmizlik işçisi formasında olan bir neçə şəxs inkassator avtomobilini qarət edib.
Cinayətkarlar daşıyıcıların üzərinə silahla hücum edərək onları hədələyib və iki mühafizəçini yaralayıb.
Soyğunçular pulları öz maşınlarına yükləyərək hadisə yerində uzaqlaşıblar.
Hadisə baş verən bölgədə yaşayan sakinlər qarəti videoya çəkiblər.
İlkin məlumata görə, cinayətkar qrup 4 nəfərdən ibarət olub. Şahidlər bildirib ki, hadisə zamanı atışma olmayıb.
Aparılan pulun milyonlarla avro ilə ölçüldüyü bildirilir.
Abşeronda quldurluqda şübhəli bilinənlər saxlanıldı – Video

Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfər şəxsə qarşı quldurluq ediblər. Hadisə zamanı dəstə üzvləri zərərçəkəni Xırdalan şəhəri ərazisinə gətirərək orada ona vintaçanla xəsarət yetirib 105 manatını və mobil telefonunu ələ keçiriblər.
DİN-dən verilən məlumata görə, polislər tərəfindən keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev saxlanılıblar. Qeyd edək ki, zərərçəkən şəxs dəstə üzvü olan N.Əliyevanın tanışı olub.
Araşdırma zamanı müəyyən edilib ki dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə otuzduraraq Xırdalan şəhərinə gətiriblər və orada qeyd edilən cinayəti həyata keçiriblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində Xırdalan şəhərində bir qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb. Belə ki, zərərçəkən şəxs polisə məlumat verərək bildirib ki, qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxs əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manatını ələ keçirib. Abşeron RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Elnur Əslanov və qohumu Əslan Əslanov saxlanılıb. İstintaq zamanı onların cinayətləri sübuta yetirilib.
Hər iki quldurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Qubadlının Çaytumas kəndindən görüntülər – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonunun Çaytumas kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
İntihar edən Sevilin atası danışdı – Video

Bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ailəsi açıqlama verib.
“Baku TV”yə danışan ailə üzvləri Binə qəsəbəsində yaşadıqlarını və Sevilin intihar etdiyi bina ilə heç bir əlaqələri olmadığını deyib.
Ata Samir Atakişiyev qızına qarşı hər hansı şiddət göstərmədiyini və onunla münasibətinin hər zaman yaxşı olduğunu bildirib:
“Mən onu canımdan artıq istəyirdim. Əzazil ata olsaydım, nə instituta qoyardım, nə şəhərə çıxmağa, nə də kimlərləsə dostluq etməyə”.
Anası Hicran Atakişiyevanın sözlərinə görə, Sevil sevdiyi oğlanla nişanlı olub:
“Atası ilə də, nişanlısı ilə də münasibəti normal idi. Ölümündən 2 gün qabaq da atası və qardaşı ilə gəzintidə olublar”.
H.Atakişiyevanın sözlərinə görə, Sevil intihar etdiyi gün rəfiqəsi Tükəz və nişanlısı Pünhan ona zəng vurub, Sevilin evə gəlib-gəlmədiyini soruşublar. O bildirib ki, Sevilin nə üçün həmin binada intihar etməsi ilə bağlı hər hansı məlumatları yoxdur.
Nigeriyada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub – VİDEO

Nigeriyada Hərbi Hava Qüvvələrinin “King Air 350” təyyarəsinin qəzaya urğaması nəticəsində 7 nəfər həlak olub.
Bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin tvitter səhifəsində bildirilir.
“Nigeriyanın Hərbi Hava Qüvvələrinin “Beechcraft KingAir B350″ təyyarəsinin Minnuda uçuşun gedişatında mühərrikin dayanması haqqında xəbərlərdən sonra Abudji aeroportuna qayıdarkən qəzaya urğamasını təsdiqləyirik. Fövqəladə xidmətlər artıq hadisə yerindədir. Təəssüf ki, göyərtədə olan yeddi hərbi xidmətçinin hamısı həlak olublar”, – paylaşımda bildirilir.
Ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi müdiri dərhal faciənin araşdırılmasına başlamaq barədə göstəriş verib.
Tayvanda 20 avtomobil toqquşub, ölənlər və yaralılar var – VİDEO

Tayvanda zənciravi yol qəzası baş verib.
Qeyd olunub ki, 20 avtomobilin iştirakı baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Tayvanın qərbində yerləşən sürətli yolda qatı duman səbəbindən 13 avtomobil və yeddi yük maşını bir-birinə dəyib.
Zəngilanın İkinci Alıbəyli kəndindən videogörüntülər – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad edilən Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Kadırov Dubayda Burak Özdemirin restoranında olub – Video

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubaydakı məşhur “CZN BURAK” restoranını ziyarət edib və restoranın sahibi, dünyaca məhşur aşpaz Burak Özdemirlə görüşüb.
Kadırov bu barədə “VKontakte” hesabında məlumat verib.
Çeçenistan Respublikasının başçısı bu tanışlıqdan çox təsirləndiyini və gənc olmasına baxmayaraq, Burakın bütün dünyaca tanınan çox uğurlu və bacarıqlı bir aşbaz olduğunu qeyd edib: “Burak Özdemir bizə Türk qonaqpərvərliyini göstərdi. Çox mehriban və uğurlu bir iş adamıdır. İnanıram ki, gənclər onun kimi insanlardan nümunə götürməlidirlər”.
Günün sonunda Burak Özdemir və Ramzan Kadırov “Əhməd gücdür” yazısı olan bir tort ilə şəkil çəkdiriblər.
Bakıda narkotik alverçilərinə qarşı əməliyyat – Video

Səbail rayonunda həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN-dən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb. Onun üzərindən 2 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. N.Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.
Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də tutulub. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qubadlının Həmzəli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad edilən Qubadlı rayonunun Həmzəli kəndindən videogörüntülər yayıb.
“Report” həmin görünütünü təqdim edir:
General NATO-nun medalını şəhid zabitin oğluna təqdim etdi – Video

Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynov 2020-ci ilin yekunları üzrə NATO-nun “Ləyaqətli xidmət” medalı ilə təltif olunub.
Medal Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tərəfindən şəhid qəhrəmanın böyük oğlu Hikmətə təqdim edilib.
Kərim Vəliyev onu qorxmaz, cəsur bir döyüşçü, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik intellektual səviyyəli zabit, tabeliyində olan şəxsi heyətin qayğıları ilə yaşayan, hər bir əsgər və zabitin sevgisini qazanan komandir kimi xarakterizə edib. Şəhidin valideynlərinə Vətənə belə bir məğrur oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, mayor R. Hüseynov Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 2020-ci il yanvarın 21-dən 2020-ci il avqustun 12-dək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai beynəlxalq hava limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra edib.
NATO-nun Baş katibi Yens Stoltenberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə NATO-nun “Ləyaqətli xidmət” medalı ilə təltif olunub. O, özünə böyük şərəf gətirən və Alyans tərəfindən təmsil olunan hər kəsin ehtiram və minnətdarlığını qazandıran mükəmməl liderliyini nümayiş etdirməklə, Alyansın ən gözəl ənənələrini qoruyub saxlayıb.
Mayor Rəhim Hüseynov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor komandiri olduğu Sülhməramlı qüvvələr taborunun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Prezidentin sərəncamıyla “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.
Bu kənddə şagirdlər məktəbə getmək üçün çayın içindən keçir – Video

Xaçmazın Qaraqaşlı və Qalağan kəndlərini çay üzərində birləşdirən körpü iki ildir ki, uçub.
Bu səbəbdən Qaraqaşlıdan olan şagirdlər digər kənddə olan məktəbə getmək üçün çayın içərisindən keçmək məcburiyyətindədirlər. Körpünün aşması və iki ildir bərpa edilməməsi kəndlilər üçün əlavə problemlər yaradır.
Rayon icra hakimiyyəti məsələyə münasibət bildirməkdən boyun qaçırıb.
Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı sujeti təqdim edirik:
Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Bu abrədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.
Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları icra edir.
Təlim məşqləri davam edir.
Ən çox onlar sevinir – Məktəbdə 1 gün+Video

Artıq 20 günə yaxındır ki, orta məktəblərdə əyani tədris qismən bərpa olunub. İbtidai siniflər həftədə 3 dəfə, V-IX siniflər isə iki dəfə olmaqla dərsə gedirlər. Şagird sayı 20 nəfərdən çox olan siniflər yarımqruplara bölünür, dərslər epidemioloji vəziyyət nəzərə alınmaqla, ara məsafəsi saxlamaqla həyata keçirilir. Həmçinin valideynə övladının distant və ya ənənəvi qaydada tədrisə cəlb edilməsi ilə bağlı seçim imkanı verilib.
Təhsil müəssisələri açılar-açılmaz məktəblərin yenidən bağlanacağı ilə bağlı şayiələr də dolaşmağa başlayıb. İddia olunur ki, yaxın vaxtlarda yenidən distant təhsilə keçiləcək.
Bəs uzun müddət bağlı qalan məktəblərdə pandemiya şəraitində tədris necə təşkil olunur? Məktəbdəki ab-hava, şagirdlərin təhsilə marağı, dərsə davamiyyəti necədir?
“Qafqazinfo” bu və digər suallara cavab tapmaq üçün paytaxtın Nərimanov rayonunda yerləşən 212 nömrəli məktəbdə olub. Məlum olub ki, ötən tədris ilini və ötən yarımili məhdudiyyətlərlə başa vuran şagirdlər əyani dərslərə daha çox can atırlar. Məktəbdə təhsil alan şagirdlərin 96 faizi əyani dərslərə qoşulub.
Təhsil müəssisəsində şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Məktəbə daxil olan şagirdlərin temperaturu ölçülür, əlləri spirtlənir, onlar ara məsafəsi gözlənməklə sinfə daxil olurlar.
Məktəbin direktoru Məlahət Rəhimovanın sözlərinə görə, məktəblilər əyani dərslərdə çox maraqlıdırlar: “Məktəbimizdə 2336 şagird təhsil alır. Uşaqların demək olar ki, hamısı böyük həvəslə dərsə gəlir. Şagirdlərin təxminən 6 faizinin valideyni müəyyən səbəblərdən iltizam imzalayıb, 94 faiz şagirdimiz isə əyani dərslərə qatılır. Uşaqlar bu günü, sanki, çoxdan gözləyirdilər. Amma bununla yanaşı virtual dərslərimiz də müvəffəqiyyətlə davam edir. Bizə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təlimatlar gəlib, o təlimatlara uyğun olaraq işimizi qururuq. Operativ Nəzarət Komissiyamız var. Məktəbdə şagirdlər arasında ara məsafəsini qoruya bilirik. Siniflərdə müxtəlif posterlər asılıb, uşaq və valideynlərlə maarifləndirici söhbətlər aparılır”.
Direktor bildirir ki, pandemiya başlayandan valideynlər də bir qədər qorxu keçiriblər. Lakin məktəb rəhbərliyinin onlarla apardığı söhbətlərin müsbət mənada böyük təsiri olub: “Artıq valideynlər də uşaqları məktəbə göndərməyə can atırlar. Hətta elə hal olub ki, iltizam yazan valideynlər sonradan öz uşaqlarını əyani tədrisə cəlb ediblər. Məktəbdə təcrid otaqları mövcuddur. Əgər virus əlamətləri aşkarlanarsa, şagird həmin otaqlarda saxlanılır və aidiyyati yerə təhvil verilir. Lakin indiyə kimi məktəbdə belə hal qeydə alınmayıb. İkinci yarımildə ailədə valideyni yoluxduğundan onunla təmas olan 4 şagirdimiz var ki, onlar da hazırda məktəbə gəlmirlər və müəyyən müddətdən sonra arayış əsasında məktəbə buraxılacaqlar”.
Məktəbdəki ab-havanı yerində öyrənmək üçün siniflərə də daxil olduq. Dəhlizdəki nizam-intizam və qaydalara siniflərdə də əməl olunur. Şagirdlərin dərsə hazırlıqları, davamiyyətləri bizi bir anlıq virusdan əvvəlki dövrə aparır. Məktəbin ibtidai sinif müəllimi Sevinc Dadaşova deyir ki, gün ərzində bir, yaxud iki şagird üzrlü səbəblərdən dərsdə iştirak edə bilmir, qalan şagirdlər isə dərsə qoşulurlar:
“Əyani dərslərə maraq yüksəkdir, davamiyyət yaxşıdır. Xəstə, narahat olan uşaqlar dərsə gəlmirlər. Bütün qaydalara riayət edirik. Mənim sinfim 4-cü sinifdir, onlar özləri də qaydaları bilirlər və əməl edirlər. Uzun müddət dərslər onlayn keçirilib, bu dərslərə də müəyyən səbəblərdən hamı qoşula bilmirdi. O uşaqlar bir az geri qalır, biz çalışırıq ki, onları da gətirib digər uşaqlarla eyni səviyyəyə çatdıraq”.
Məktəblərin açılmasından ən çox sevinən də elə ibtidai sinif şagirdləridir: “Məktəb üçün, müəllim üçün çox darıxmışdım. Dostlarımla bir yerdə olduğum üçün çox sevinirəm. Hər gün dərsə gələk, onlayn dərs olmasın. Çünki onlayn dərsdə müəllimi qucaqlaya bilmirik. Yaxşı dərs keçə bilmirik, uzaqdan dərs keçirik.
…Hər gün əlimə spirt vururam. Evə də gedəndə əlimi, üzümü yuyuram”, – II sinif şagirdi Əsmər Qədirbəyli deyir.
VI sinif şagirdi Aydan Qiyasova isə düşünür ki, onlayn dərs heç vaxt canlı dərsin yerini verə bilməz: “İndiki vəziyət bizim təhsilimiz üçün yaxşı deyil. Mən arzulayardım ki, 12 ayın 12-ni də dərsə gələk. Çünki məktəb üçün, müəllimlərimiz üçün, direktorumuz üçün çox darıxmışıq. Əsas da parta arxasında oturmaq üçün. Əlbəttə ki, onlayn dərs heç vaxt canlı dərsin yerini verməz. Amma pandemiya ərzində təhsilsiz qalmaqdansa, distant dərs daha yaxşıdır. Düzdür, onlayn dərsin müsbət tərəfi o idi ki, evdən çıxmırdıq, vaxt itirmirdik, daha çox vaxtımızı dərsə sərf edə bilərik. Amma mənfi cəhəti var ki, texniki fənləri bir az anlamaq çətin olur. İnternet problemi olur. Ona görə də hər kəs kimi mən də əyani dərsi üstün tuturam və dərsə gəlirəm”.
Məktəbin 9-cu sinif şagirdi Şəms Məmmədova deyir ki, şagirdlər bir-biri üçün darıxsalar da, pandemiya şərtlərinə uyğun məsafədən salamlaşırlar: “Biz məktəbə girəndə temperaturumuzu ölçürlər, əlimizi spirtləyirlər. Hətta əllərimizi spirtləməmiş bizi içəri buraxmırlar. Biz-birimizin sağlamlığını düşünürük, ona görə də sinif yoldaşlarımızla uzaqdan salamlaşmağa üstünlük veririk”.
Xatırladaq ki, fevralın 1-dən ölkənin ümumi təhsil müəssisələrinin ibtidai siniflərində, ayın 8-dən isə V-IX siniflər mərhələli şəkildə əyani tədrisə başlanılıb. Hazırda paytaxtdakı təhsil müəssisələrində 410 000-dən çox şagird əyani dərslərə cəlb olunub.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
Azərbaycan və Rusiya minaaxtaranları 880 mina zərərsizləşdirib – VİDEO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
FHN-dən verilən məlumata görə, birgə fəaliyyət nəticəsində bu günədək, ümumilikdə, 880 ədəd mina və 27 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 390 ədədi piyada əleyhinə, 490 ədədi isə tank əleyhinə olan minalardır.
Baş Prokurorluqdan Ermənistanın cinayətləri barədə videoçarx

Baş Prokurorluq ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı Ermənistan silahlı qüvvələrinin əməlləri barədə azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlayıb.
Videoçarxda qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb.
Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin baxın
Gecə 12-dən sonra işləyən “Şirin Həyat”ın müştəriləri cərimələndi – VİDEO
Şəhid anası: “Torpaqlarımız işğalda olanda hərbçi olduğunu deməyə utanırdı” – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla