Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov məlumat verib.

O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.

“Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub”, – deyə Kremldən qeyd olunub.

Tərəflər Normandiya formatında təmasların davam etdirilməsi imkanlarına dair də fikir mübadiləsi aparıblar.

İstinadlar Report