Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında bu gün növbəti telefon danışığı olub.

Liderlər Suriya, xüsusilə Hələbdəki vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Türkiyə prezidentinin Bəşər Əsədlə bağlı mövqeyini şərh etməyib.

 

İstinadlar Tass-ru, Qafqazinfo