
“Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır”.
Bunu Belarusun “ONT” telekanalına müsahibəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
“Biz öz tərəfimizdən dialoqu davam etdirməyə hazırıq. Amma bir daha vurğulayacağam: sülh danışıqlarının davam etdirilməsi üçün top Ukrayna tərəfindədir. Danışıqların dondurulması bütünlüklə Ukraynanın təşəbbüsüdür”, – Medinski bildirib.