Hörmətli Vladimir Vladimiroviç.

Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 oktyabr 2019-cu il.