Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva və Ankara Suriyanın İdlib əyalətindəki vəziyyətdən ciddi narahatdır.

Onun sözlərinə görə, Suriya hökumət qoşunları mövqelərinin və Rusiya hərbi obyektlərinin terrorçular tərəfindən atəşə tutulması davam edir.

“Biz Türkiyə prezidenti ilə İdlibdəki terror ocaqlarının zərərsizləşdirilməsi, bu zonada və Suriyada vəziyyətin normallaşdırılması üçün birgə tədbirlər barədə fikir mübadiləsi apardıq”, – deyə Putin qeyd edib.

İstinadlar Report