Ukrayna tərəfindən qadağan olunduğu bir şəraitdə danışıqların aparılması barədə ciddi danışmaq çətindir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Qərb Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara qoyulan qadağanı ləğv etməyə məcbur etməlidir.

“Əlbəttə, bəzi ilkin konturlar hazırlana bilər, lakin hansısa ciddi danışıqlardan, təbii ki, Ukrayna tərəfinin qadağasını nəzərə alsaq, söhbət açmaq kifayət qədər çətindir”, – Putin deyib.

Eyni zamanda, o vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı, o cümlədən ABŞ ilə danışıqlara hazırdır.

İstinadlar Report