Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ankaranın Kızılay meydanında törədilən terror aktını pisləyib. Rusiya prezidenti hadisə ilə bağlı açıqlama verib.  Kremlin sözçüsü Dmitri Peskov “Vladimir Putin Ankarada baş verən teror aktını şiddətlə pisləyir. Rusiya prezidenti çoxlu sayda insanın həyatını itirməsinə səbəb olan hücumdan təsirlənən Türkiyə xalqının kədərinə şərikdir” deyib.