Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefon danışığı zamanı Ərəb Respublikasındakı vəziyyəti müzakirə edib.

Bu barədə Kreml məlumat yayıb.

“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, – məlumatda bildirilib.

Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.