Rusiya Prezidenti Vladimir Putin ölkənin Azərbaycandakı səfir Mixail Evdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib.

Dövlət başçısı müvafiq fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, Evdokimov Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsinə verdiyi böyük töhfə və uzun illər vicdanlı diplomatik xidmətinə görə təltif edilib.