2023-cü ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə 140 min pilotsuz uçuş aparatı (PUA) tədarük edilib, bu il istehsalın 10 dəfə artırılması planlaşdırılır.

Bunu Prezident Vladimir Putin Sankt-Peterburqda Rusiya Hərbi-Sənaye Komissiyasının iclasında deyib.

“2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı tədarük edilib. Bu il istehsalın 10 dəfəyə qədər artırılması planlaşdırılır. 2030-cu ilə qədər Rusiyada PUA-ların layihələndirilməsi, sınağı və istehsalı üzrə 48 xüsusi elmi-istehsal mərkəzi yaradılacaq”, – Rusiya lideri bildirib.

İstinadlar Report