Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında dəstək göstərəcəyik”, – deyə V.Putin səfirlərin, o cümlədən Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.
Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRICS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb.