Rusiya ən yaxın vaxtlarda BRICS ölkələrinə ABŞ ilə aparılan danışıqların nəticələri barədə məlumat verəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin pilotsuz uçuş aparatlarının istehsalı zavodunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz onların Rusiya-Ukrayna münasibətlərinin nizamlanmasında, hərbi əməliyyatların dayandırılmasında maraqlı olduqlarını bilirik. Onların təkliflərinə hörmətlə yanaşırıq və ən yaxın vaxtlarda Rusiya-ABŞ danışıqlarının nəticələri barədə məlumatlandıracağıq”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici siyasət idarələrinin rəhbərlərini, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla aparılan danışıqlar barədə məlumatlandırıb.

İstinadlar Report