Qərb ölkələrinin Rusiyanı yox etməklə bağlı bütün cəhdləri əbəsdir və yalnız axmaqlığın nümayişinə xidmət edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Mədəniyyətimizi ləğv etmək, Rusiyanı ləğv etməklə bağlı bütün cəhdlər əbəsdir. Bu, sadəcə axmaqlıqdır. Kim ki, bunun əksini düşünür, təəssüf ki, tarix dərsini öyrənməyib”, – Rusiya lideri əlavə edib.