Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib.

Bu barədə “RİA Novosti” məlumat verib.

Bildirilib ki, Vladimir Putin görüşün yekunları ilə bağlı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırıb.

Ərdoğan isə öz növbəsində Rusiyanın səylərinə dəstəyini ifadə edib.